Rusiyanın Xalq artsiti Yevgeni Şokin vəfat edib.
Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, aktyor 78 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, aktyor “Ovation” və “Qızıl maska” mükafatlarının sahibi idi.