"Survivor" yarışmasının iştirakçılarından olan Aşkım Burçe Tunayın da sevgilisi Kahramanmaraşda baş verən zəlzələdə dağıntılar altında qalaraq həlak olub.
Axşam.az xəbər verir ki, bu barədə Tunay sosial media hesabında yazaraq sevgilisi Yiğit Can Datlının həyatını itirdiyini bildirib.
"Allah deyir ki, kimi məndən çox istəyərsən, onu səndən alaram. Və əlavə edir ki, "onsuz yaşamaram" demə, səni onsuz da yaşadaram... Yarım qalmadıq. Söz verirəm, məhşərə qaldıq. Üzünü görməyə əvvəl cəsarət etmədim. Əslində özümü aldatma şəklim idi. Çünkü üzünü görsəm yaşamadığına inanmaq məcburiyyətində qalcaqdım" deyə, Tunay paylaşımında yazıb.