Kahramanmaraşda baş verən zəlzələdə zərərçəkənlərə dünyanın dörd bir yanından yardımlar edilir.
Axşam.az xəbər verir ki, türk mediası adının gizli saxlanıldığı bir şəxsin 30 milyon dollar ianə etməsindən yazıb. Bildirilib ki, həmin şəxs məbləği verdikdən sonra, sirr kimi yox olub.
Pakistanlı bir vətəndaşın etdiyi bu yardım haqda Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif tviterdə paylaşım edib. Hadisə ABŞ-da yaşanıb. Həmin şəxs Vaşinqtonda yerləşən Türkiyə səfirliyinə gələrək 30 milyon dollar bağışlayıb. Daha sonra adını belə demədən oradan uzaqlaşıb.
"Adı açıklanmayan bir pakistanlının ABŞ-da Türkiyə və Suriyada zəlzələdə zərərçəkənlərə 30 milyon dollar verməsindən təsirləndim. Bu hadisə xeyriyyəçilik işlərinə bir örnəkdir" deyə, Baş nazir paylaşımında qeyd edib.