"The X-Files" və "Hannibal" filmlərinin ssenaristi, amerikalı prodüser Ceff Vlaminq vəfat edib.
Axşam.az xəbər verir ki, onun ölüm səbəbi açıqlanmasa da, ssenaristin 2 ildir mübarizə apardığı xərçəngdən dünyasını dəyişdiyi ehtimal edilir.
Qeyd edək ki, Vlaminq 41 televiziya layihəsində çalışıb və elmi fantastika üzrə mütəxəssis olub. O, "The 100" (2018-2020) və "The Wreckage" (2021) filmlərində icraçı prodüser və yazar kimi fəaliyyət göstərib.