222 saat sonra xilas edildi

222 saat sonra xilas edildi
1291 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə baş verən zəlzələdə yaranan dağıntıların altından vətəndaşların xilas edilməsi prosessləri davam edir.

Axşam.az xəbər verir ki, zəlzələnin onuncu günündə daha bir nəfər sağ çıxarılıb. Kahramanmaraşın Onikişubat bölgəsində 222 saat sonra bir qadın xilas edilib. 

Yardım səsi eşidən xilasedicilər həmin ərazidə araşdırmaya başlayıblar. Nəticəsə 42 yaşındakı Meryem İmamoğlu dağıntılar altından sağ çıxarılıb. Xəstəxanaya aparılan qadının şüurunun yerində olduğu bildirilib.