54 yaşlı müğənni Mark Entoni ilə həyat yoldaşı, 23 yaşlı "Miss Paraqvay 2021 gözəli" Nadya Ferreyrayın övladı olacaq.
Axşam.az xəbər verir ki, bu barədə model sosial media hesabında paylaşım edib. O, paylaşımına "Sevgililər Günü üçün ən yaxşı hədiyyə!" şərhini yazıb.
Qeyd edək ki, Entoninin müğənni-aktrisa Cennifer Lopezdən 2008-ci ildə Maks və Emmi adlı iki əkiz uşağı dünyaya gəlib. Ümumilkdə 6 övladı olan müğənninin bu, 4-cü evliliyidir. Onlar ötən ayın sonu nikah masasına əyləşmişdilər.
