Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları "Türkiyə tək ürək" adlı ortaq yayım ediblər.
Axşam.az xəbər verir ki, gecədə diqqət çəkən məqamlardan biri müğənnilər Ebru Gündeşlə Hadisənin eyni məkanda yer alması olub. "O səs Türkiyə" yarışmasında münsiflik edən ikili aralarında yaşanan qalmaqaldan sonra ilk dəfə eyni ortamda yer alıb.
Acun Ilıcalı sözügedən kampaniya çərçivəsində hər ikisinin yayında olmasını istəyib. İanələrin toplanmasına yardım edən və özü də 1 milyon llirə maddi kömək edən Ebru Gündeş yayımdan çıxan kimi Hadisə studiyaya giriş edib.
Qeyd edək ki, Hadisəninn Ebrunun keçmiş həyat yoldaşı Reza Zarrabla münasibətdə olduğu iddia ediləndən sonra aralarında qalmaqal yaşanıb. Bundan sonra Ebru onunla eyni verilişdə yer almaq istəməyib. Acun Hadisə ilə müqaviləni yeniləyərək onu "Rep Türkiyə" yarışmasında görmək istədiyini deyib.