Bacısı Tahanın sağ olduğunu gizlədir?

Bacısı Tahanın sağ olduğunu gizlədir?
4817 dəfə oxunub
  • A-
  • A
  • A+

Kahramanmaraşda baş verən zəlzələ nəticəsində dağıntılar altında qalan sosial şəbəkə fenomeni Taha Duymazla bağlı xəbərlər yayılmaqda davam edir.

Axşam.az xəbər verir ki, bu dəfə Tahanın bacısı tənqid olunub. Belə ki, insanlar əslində fenomenin sağ olduğunu, ailəsinin bəyəni toplamaq üçün bunu gizlətdiyini iddia ediblər. Taha ilə bağlı fenomen Dilan Polat paylaşım edərək hələ də onun dağıntılar altında olduğunu bildirib. 

Duymazın bacısı Semiha Duymaz isə tənqidlərə cavab verərək, bunları vurğulayıb:

"Hesabın qardaşımı gerçəkdən ürəkdən sevənlər üçün açıqdır. Pis rəy yazan insanlara səslənirəm: acımız böyükdür. Bunu yaşamayan bilməz, Allah heç kimə qismət etməsin. İndi klaviatura başına keçib oradan yazmaq, tənqid etmək rahatdır. Taha yeni fenomen olmayıb. İstəsəydim mən lap əvvəldən yalan danışıb, izləyici sayımı artırardım. Susun artıq. Allahın köməkliyi ilə qardaşlarıma qovuşacağam. Sizə görə istədiyim kimi pis də ola bilmirəm. Qardaşlarım, bibim, yeznəmiz dağıntılar altındadır. İndi izləyici toplamaq vaxtıdır? Buradan hər çıxan cəsədə baxmağın psixoloji təsirini təsəvvür edə bilməzsiniz. "Qardaşını "like" üçün gizlədir. İzləyici toplayır" deyənlərə Allah insaf versin".

Qeyd edək ki, Taha sosial şəbəkədə bişirdiyi yeməkləri paylaşaraq məşhurlaşıb. Onun 1,3 milyon izləyici var.