Acunun ianələri yuvarlaqlaşdırması gündəm oldu - Fotolar

Acunun ianələri yuvarlaqlaşdırması gündəm oldu - Fotolar
4508 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları "Türkiyə tək ürək" adlı ortaq yayımı zamanı diqqət çəkən məqamlardan biri də "TV 8"in rəhbəri Acun Ilıcalının hərəkəti olub. 

Axşam.az xəbər verir ki, Acun ianələr üçün zəng edən bəzi şəxslərin verdiyi məbləğin miqdarını yuvarlaqlaşdırmağa başlayıb. Ümumilikdə, Acunun canlı yayım zamanı ianəni 75 milyon lirə artırdığı bildirilib.

Onun zəng edən şəxslərə ianəni 50 min, 10 min məbləğində artırmasını xahiş etməsi sosial media seqmentində də müzakirələrə səbəb olub. İzləyicilərdən çoxu aparıcılığı yalnız Acun edəcəyi təqdirdə toplanan məbləğin daha çox ola biləcəyini iddia ediblər. Bəziləri isə bunu zarafata çevirib.

Qeyd edək ki, gecədə studiyaya gələn zənglər vasitəsiylə 115 milyard 146 milyon 528 min lirə (10 milyard manatdan çox) toplanıb. Mesajlardan isə ümumilikdə 9 milyon 10 min lirə yığılıb