Tanınmış aktrisa vəfat etdi

Tanınmış aktrisa vəfat etdi
1548 dəfə oxunub
  • A-
  • A
  • A+

1970-ci illərin seks simvolu və amerikalı aktrisa Rakel Uelç vəfat edib

Axşam.az xəbər verir ki, aktrisa qısa sürən xəstəlikdən sonra Los-Ancelesdəki evində 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Rakel 1964-cü ildə Hollivudda ilk filmdə rol alıb. O, "Fantastik səyahət" və "Eramızdan əvvəl milyon il" filmlərindəki rolları ilə məşhurlaşıb. 1974-cü ildə aktrisa "Üç muşketyor: Kraliçanın kulonları" filmində canlandırdığı obrazına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb.