Elvis Preslinin təyyarəsi hərracda satıldı - Fotolar

Elvis Preslinin təyyarəsi hərracda satıldı - Fotolar
1111 dəfə oxunub
  • A-
  • A
  • A+

Rok-n-rollun kralı, əfsanəvi müğənni Elvis Preslinin şəxsi təyyarəsi hərraca çıxarılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Nyu-Meksiko səhrasında 40 ilə yaxın hərəkətsiz qalan təyyarə musiqiçinin 88-ci ildönümündə 260 min dollara satılıb. 

Hərracın başlanğıc məbləği 100 min dollar olsa da, təyyarənin qiyməti 260 min dollara qədər yüksəlib.

Təyyarənin xarici görünüşündə nəzərəçarpacaq problemlərin olduğu görünsə də, içəridə orijinallığı qorunaraq saxlanılıb. 

Qeyd edək ki, sözügedən təyyarəni Elvis Presli 22 dekabr 1976-cı ildə 840 min dollara almışdı. O, hava gəmisindən turları zamanı istifadə edib.