Türkiyədə baş verən güclü zəlzələnin ardından ara verən seriallar yenidən çəkilişlərə başlayıb.
Axşam.az xəbər verir ki, "Yalı çapkını" serialında daha iki simanın rol alacağı bəlli olub. Aktyorlar Cenan Çamyurdu və Uğur Demirpehlivan yeni bölümlərdən etibarən izləyicilərin qarşısına çıxacaq.
Ekran işinin növbəti həftədə yayımlanıb-yayımlanmayacağı isə hələlik açıqlanmayıb.
