Müğənni Röya boşanması haqda xəbərlərə aydınlıq gətirdi

Müğənni Röya boşanması haqda xəbərlərə aydınlıq gətirdi
6316 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Röya axşam.az saytına müsahibə verib

- Bir müddətdir işlərinizlə əlaqədar Türkiyədəsiniz. Bakı üçün darıxırdınız?

- Bakı üçün yox, amma oğlum üçün çox darıxırdım. Budəfəki gedişimdə ailəm də mənimlə İstanbula yollanacaq.

- Amma görünür ki, pərəstişkarlarınız sizin üçün çox darıxıb. Hətta bu gün “ATV” telekanalında canlı yayımda sizə hücüm etdilər. Onları bu qədər intizarda qoymaq sizi narahat etmir ki?

- Mən onların hücumundan və sevgisindən qorxmuram. Əksinə bu, mənə əlavə güc verir.
 
- Bir neçə gün öncə mətbuatda həyat yoldaşınızdan boşandığınız haqda xəbərlər yayıldı. Bununla bağlı nə demək istəyirsiniz?

- Ailəm mənə çox müsbət enerji verir. Mənim çox sevdiyim həyat yoldaşım və övladım var. Mən boşanmıram. Xoşbəxt ailəyə sahibəm. Haqqımda istədikləri söz-söhbəti yaya bilərlər, amma bu qədər də söhbətin dərinliyinə getməsinlər.

- Yeni ili harada keçirməyi düşünürsünüz?

- İstanbulda olacağam. Budəfəki səfərdə mütləq ailəmi də özümlə aparacağam. Yeni ili orada keçirəcəyik. Hətta evimdə işləyən xanımı və oğlumun dayəsini də aparmağı düşünürəm. Bu gəzintini hamıya hədiyyə edəcəyəm. Həmin gecə Türkiyədə bir tədbirə dəvət almışam. Orada Sibel Can da iştirak edəcək. Gedib bir neçə mahnı oxuyub evimə, ailəmin yanına qayıdacağam.
 
- Yeni ildə oğlunuza nə hədiyyə edəcəksiniz?

- Oğlum şamları çox sevir. Ona çoxlu şam, şar və şaxta baba hədiyyə edəcəyəm. Bir də deyib ki , mənə akvarium al. Gözəl və böyük bir akvarium almağı düşünürəm.

- Evdə ən çox nə üstündə mübahisə edirsiniz?

- Oğlum dil açmağa başlayandan mən televizora baxa bilmirəm. Bütün günü cizgi filmlərinə baxır. Bütün otaqlarda televizor ancaq cizgi filmlərinə köklənir. Bəzən eyni vaxtda televizorda futbol da göstərilir və başlayırlar atası ilə bunun üstündə dalaşmağa.

- Yeni ildə sizdən hansı layihələri gözləyək?

- Əvvəlcədən bu barədə danışmaq istəmirəm. Amma işlərim çoxdur. İstanbulda ikinci mahnını oxuduq. Ona Mayamidə klip çəkdirəcəyik. Dənizçilərə konsert verəcəm. Ondan sonra da Bakıda bir konsertim olacaq. Sezen Aksudan bir mahnı istəyirəm.