Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələdən 261 saat sonra dağıntılar altından 2 nəfər xilas edilib.
Axşam.az xəbər verir ki, həmin şəxslər 26 yaşlı Mehmet Ali Şakiroğlu və 34 yaşlı Mustafa Avcıdır.
Mustafa dağıntılar altından çıxarılandan sonra xilasedicilərdən birinin telefonu ilə ailəsinə zəng edib. Ailəsi onun sağ qurtulduğuna inana bilməyib.
Mustafa daha sonra onu xilas edən və ailəsi ilə danışmasına yardımçı olan xilasedicinin əlini öpüb.