Alim Qasımov qızı və nəvəsi ilə "Deprem" oxudu

Alim Qasımov qızı və nəvəsi ilə "Deprem" oxudu
4092 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum şair Bəxtiyar Vahabzadənin "Deprem" şeirinə mahnı bəstələyənlərdən biri də Əməkdar artist Fərqanə Qasımova olub. 

Axşam.az xəbər verir ki, xanəndə mahnını atası, Xalq artisti Alim Qasımovla duet şəklində oxuyub. 

Mahnıda A.Qasımovun nəvəsi Saleh Qasımov da yer alıb. O, ifa zaman Azan deyib. Mahnı üçün hazırlanan video çarxda Türkiyədə zəlzələ baş verən bölgələrdən görüntülər yer alıb. 

F.Qasımova mahnını Türkiyədə baş verən zəlzələdə dünyasını dəyişənlərə həsr etdiklərini bildirib.