Tarkandan növbəti 1 milyonluq yardım

Tarkandan növbəti 1 milyonluq yardım
1375 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə baş verən güclü zəlzələnin qurbanlarına yardım etmək üçün müğənni Tarkan növbəti dəfə ianə edib.

Axşam.az xəbər verir ki, ifaçı bu dəfə "Ahbap"ın yardım kampaniyası çərçivəsində 1 milyon lirəlik növbəti yardımını bağışlayıb.

Qeyd edək ki, Tarkan daha əvvəl "AFAD"ın hesabına zəlzələdən zərərçəkənlər üçün 1 milyon lirəlik yardım edib. Bundan başqa, onun zəlzələ səbəbindən dağıntıların baş verdiyi ərazidə evlər tikdirməyi planlaşdırdığı bildirilib.