Oktay və Kənana görə işdən çıxarıldı

Oktay və Kənana görə işdən çıxarıldı
17929 dəfə oxunub
  • A-
  • A
  • A+

"TV100" məşhur maqazin jurnalisti Birsen Altuntaşla yollarını ayırıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, buna səbəb jurnalistin Türkiyənin "ATV" kanalının rəhbərinin istəyi ilə "Ahbap"a dəstək verən aktyorlar Oktay Kaynarca və Kənan İmirzalıoğlunun yardım üçün ediləcək ortaq canlı yayımda yer almayacaqları ilə bağlı xəbər yayımlaması olub.

Kanal sözügedən iddianı yalanlayaraq əvvəldən təqdim etdikləri siyahıda sözügedən şəxslərin adının olmadığını bildirib. Bundan sonra dərnəyin rəhbəri, müğənni Haluk Levent də həmin xəbərə görə məsələni yanlış anladığını bildirmişdi.

Bu səbəbdən Birsen kanalın maqazin müdiri vəzifəsindən azad olunub.