Türkiyəli müğənni Yıldız Tilbe sosial şəbəkədə etdiyi paylaşımla gündəmə gəlib.
Axşam.az xəbər verir ki, bu barədə sənətçi tviter hesabında yazıb:
"Dəfnimdə siyasətçiləri istəmirəm, gəlməsinlər. Cənazəmə gələndə qəpik böyüklüyündə daşlar qoyun cibinizə, siyasətçi gəlsə, daşlayın. Getməsələr mən qalxaram Allahın izni ilə, bəlkə bir neçəsini də apararam, heç birini istəmirəm. Vəsiyət olaraq sizə deyirəm, vəkilimə də bildirəcəm".