Bred Pittin sevgilisi boşanır

Bred Pittin sevgilisi boşanır
705 dəfə oxunub
  • A-
  • A
  • A+

"Vampirin gündəliyi" filminin ulduzu Pol Uesli fitnes məşqçisi və zərgərlik dizayneri İnes de Ramondan boşanmaq üçün rəsmi müraciət edib.

Axşam.az xəbər verir ki, o, səbəb kimi fikir ayrılığını göstərib. Cütlük ayrıldıqlarını ötən il elan etmişdi. Hər ikisi ayrı ayrılıqda şəxsi həyatına davam edir. Pol Uesli özündən 18 yaş kiçik model Natali Kukenberqlə görüntülənib. De Ramon da öz növbəsində Bred Pittlə görüşməyə başlayıb.

Onun Pittlə sevgili olması ötən ilin noyabrında ortaya çıxıb. Los-Ancelesdə keçirilən Bono konsertində cütlüyün qucaqlaşaraq əl-ələ tutduqlarını paparassilər çəkib.