4 insanın həyatını xilas edən telefon

4 insanın həyatını xilas edən telefon
2717 dəfə oxunub
  • A-
  • A
  • A+

Kahramanmaraşda baş verən zəlzələdə yaşananlarla bağlı türk mediası müxtəlif yazılar dərc edib.

Axşam.az xəbər verir ki, zəlzələ gecəsi eyvandan yerə düşən bir mobil telefon 4 insanın xilas olmasına səbəb olub. Ekin ailəsinə zəng vuran qohumları telefonu açan şəxslərin cavabından sonra hadisə yerinə gediblər. Onlar dağıntılar altında qalan 4 insanı xilas edə biliblər.

Xanımı, iki qızı və oğlu ilə dağıntılar altında qaldığını söyləyən İlhami Ekin oğlu Muhammedin həlak olduğunu açıqlayıb.