"Murda" adıyla tanınan məşhur repçi Önder Doğanın ikinci övladı dünyaya gəlib.
Axşam.az xəbər verir ki, bu barədə repçi sosial şəbəkədə məlumat verib.
O, övladıyla fotosunu paylaşaraq "Oğlum" şərhini yazıb.
Qeyd edək ki, 2021-ci ildə "Murda"nın 2 həftəlik qızı vəfat etmişdi. Sənətçinin 4 yaşlı daha bir qızı var.
