Xəbər veridiyimiz kimi, Türkiyədə baş verən zəlzələdən sonra dağıntılar altında qalan aktyor Çağrı Çıtanakın anası həyatını itirib.
Axşam.az xəbər verir ki, aktyor anasının ölümündən sonra ilk dəfə onunla bağlı paylaşım edib.
"Mən Mehmet Çağrı Çıtanak. Siz məni bu adla televizordan tanıyırsınız. Hər zaman məni qanlı-canlı, hərəkətli görürssünüz. Həmişə yazılanı həyata çevirirəm, bu dəfə isə yaşadıqlarımı yazıya çevirəcəyəm. Nəyisə yazarkən heç bu qədər çətinlik çəkməmişdim. Attığım ilk addımdan tutun yazdığım ilk hekayənin ilham qaynağına qədər bütün xatirələrimin bir parçası olan anamı itirdim. Uşaqkən ölən insanların fotolarına baxandan sonra kabuslar gördüyüm çox gedəcələr olub. Ona görə də onun hər hansı şəklini paylaşmaq istəmidim. Antakyada təkcə anamı deyil, 18 yaşıma qədər atdığım hər addımı itirdim. Anamın xatirəsi üçün gülməyə, yaşamağa davam edəcəyəm. Hər xoşbəxt anımız bu dünyadan gedənlərin ruhuna şəfa olsun" deyə, Çağrı sosial media hesabında yazıb.
