Türkiyədə yayımlanan "Yalı çapkını" serialının heyətinə yeni aktyor daxil olub.
Axşam.az xəbər verir ki, ekran işində aktrisa Toprak Sağlam rol alacaq. O, layihədə "Pelin"in anası "Zerrin" obrazına həyat verəcək.
Qeyd edək ki, ekran işinin baş rollarını Afra Saraçoğlu ilə Mert Ramazan canlandırır.
