Türkiyəli müğənni Demet Akalın zəlzələdən zərərçəkənlərə yardım etməyə davam edir.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi 260 saat sonra dağıntı altından çıxarılan 14 yaşlı Osmanın təhsil xərclərini qarşılayacağını açıqlayıb.
Akalın İsveçrədəki qohumunun da Osmanın və ailəsinin yaşaması üçün evlə təmin edəcəyini bildirib.