Türkiyənin Hatay şəhərində 6,4 və 5,8 bal gücündə zəlzələ olub.
Axşam.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla 20:04 və 20:07-də qeydə alınıb.
Zəlzələnin yerin 7 kilometr dərinliyində baş verdiyi qeyd edilib.
Təbiət hadisəsindən sonra bəzi binaların dağıldığı və insanların dağıntılar altında qaldığı bildirilir.