Hatayın Defne rayonunda baş verən 6,4 bal gücündə zəlzələ Yaxın Şərq və Şimali Afrikada da hiss edilib.
Axşam.az "Milliyet"ə istinadən xəbər verir ki, zəlzələ Livanın bütün şəhərlərində, xüsusən də paytaxt Beyrutda hiss olunub. Təşvişə düşən vətəndaşlar evlərini tərk ediblər.
Hataydakı zəlzələ Suriya, İordaniya, İraq, Fələstin, İsrail və Misiri də silkələyib.