Acun Ilıcalıdan zərərçəkənlərə növbəti yardım

Acun Ilıcalıdan zərərçəkənlərə növbəti yardım
1441 dəfə oxunub
  • A-
  • A
  • A+

"TV 8"in rəhbəri Acun Ilıcalı növbəti dəfə zəlzələdən zərərçəkənlərə yardım üçün ianə edəcək.

Axşam.az xəbər verir ki, Acun sahib olduğu digər platforma olan "EXXEN"də yayımlanan matçların "TV8"in efirində də təqdim olunacağını açıqayıb. Bununla da o, həftə ərzində "TV8"in reklamlardan əldə edəcəyi bütün gəlirin zərərçəkənlər üçün ianə ediləcəyini vurğulayıb.

Qeyd edək ki, Acun daha əvvəl dağıntıların meydana gəldiyi bölgələrə 100 TIR yardım göndərib. Həmçinin, 5 milyon lirə dəyərində əşya alacağını, satın alınacaq konteynerlərin içərisinə əşyalar yığacağına söz verib. "Türkiyə tək ürək" adlı ortaq yayım zamanı isə qızları və öz adından 5 milyon lirə ianə edib.