Şəhid övladları üçün musiqi bəstələndi - Video

Şəhid övladları üçün musiqi bəstələndi - Video
2923 dəfə oxunub
  • A-
  • A
  • A+

Üç ilə yaxındır davam edən "Mənim atam qəhrəmandır!" layihəsinin himni yazılıb. 

Axşam.az xəbər verir ki, bəstənin sözləri Xanım İsmayılqızına, musiqisi layihənin rəhbəri Cəlal Qurbanova, aranjemanı Rəşad Bağırova məxsusdur.

Mahnını müğənni Zamiq Hüseynov şəhid övladları ilə birlikdə ifa edib. Şəhid övladları tezliklə himnin klipinə də çəkiləcəklər.

Cəlal Qurbanov sosial media hesabında layihə ilə bağlı fikirlərini  bildirib: 

“Əminəm ki, bu əhəmiyyətli layihə "Mənim atam qəhrəmandır" çətiri altında birləşən hər kəsin ürəyincə olacaq. Tezliklə bütün regionları da əhatə edəcək layihəyə indiyədək 2000-dən artıq şəhid ailəsi qatılıb”.