İordaniya şahzadəsinin xına məclisindən - Fotolar+Video

İordaniya şahzadəsinin xına məclisindən - Fotolar+Video
1754 dəfə oxunub
  • A-
  • A
  • A+

İordaniya Kralı II Abdullahın böyük qızı şahzadə İmanın xına mərasimi olub. 

Axşam.az xəbər verir ki, kralın həyat yoldaşı, kraliça Rania Al Abdullah məclisdən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Xına məclisində kral ailəsinin yaxınları, İmanın dostları yer alıblar. Gəlin ağ uzun libas geyinib. "Bir otaqda çoxlu sevgi... Dostlar və ailəmizlə birlikdə İmanın xına məclisində" deyə, kraliça paylaşımında yazıb.

Qeyd edək ki, 25 yaşlı şahzadə İman yunanəsilli maliyyəçi Cəmil Aleksandr Termiotislə ailə quracaq. Cəmil Nyu-Yorkda çalışır. Bəyin 27 yaşı var. Toy martın 12-si baş tutacaq.

Xatırladaq ki, İordaniya Kralı II Abdullah ibn Al Hüseynin oğlu şahzadə Hüseyn də ötən ilin yayında Səudiyyə Ərəbistanından olan Rayva adlı memarla nişanlanıb.