Qardaşlar "Avroviziya"dakı mahnıları ilə bağlı sirri açıqladılar

Qardaşlar "Avroviziya"dakı mahnıları ilə bağlı sirri açıqladılar
1831 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu il ölkəmizi "Avroviziya" mahnı müsabiqəsində təmsil edəcək Tural və Turan qardaşları "Manpası"da qonaq olublar.

Axşam.az xəbər verir ki, əkiz qardaşlar yarışmaya getmələrindən, mahnı seçimlərindən bəhs ediblər.

Qardaşlar bildirib ki, artıq "Avroviziya" səhnəsində oxuyacaqları mahnı da hazırdır:

"Mahnını biz yazmışıq. Yaxın günlərdə təqdim ediləcək. İndi heç bir yerdə həmin mahnı yoxdur. Biz özümüz bilirik ki, hansı mahnı ilə çıxış edəcəyik. "Avroviziya"ya gedəcəyimiz bilinəndən sonra bir gün içində telefonumuza bəlkə min zəng gəlib. Elələri var ki, heç tanımırıq onları". 

Tural bu günə kimi yarışmaya qatılan təmsilçilərimizdən və mahnılardan danışıb:

"Aysel və Araşın çıxışı ən sevdiyim olub. Ən gözəl mahnı isə Səbinə Babayevanın oxuduğu bəstə idi".

Turan sevdiyi "Mata Hari"ni çox bəyənirdim. Həmin mahnı güclüdür və çox xoşuma gəldi" deyə, bildirib. Tural isə Samirə Əfəndinin "Kleopatra" mahnısını çox sevdiyini açıqlayıb.

Qardaşlar musiqi təhsillərinin olmaması haqda deyilənlərə isə "Sumqayıt musiqi kollecinə 2017-ci ildən daxil olmuşam. Hələ də bitirməmişəm" reaksiyasını veriblər. 

Əkizlər heç vaxt xaricdə olmadıqlarını deyərək "Gürcüstana getmək istəyirdik. Pasportumuza vurulan ilk viza İngiltərə vizası olacaq" sözlərini əlavə ediblər. 

Qeyd edək ki, Tural və Turanın yeni fotosessiyasını Xalid Zeynalov lentə alıb.