İordaniya Kralı II Abdullahın böyük qızı şahzadə İmanın toyu olub.
Axşam.az xəbər verir ki, kralın həyat yoldaşı, kraliça Rania Al Abdullah məclisdən fotoları sosial şəbəkə hesabında yayımlayıb.
O, paylaşımına "İman, həyatınızın bu növbəti mərhələsinin sizə illər ərzində bizə verdiyin qədər sevinc, sevgi və gülüş gətirməsini xahiş edirəm. Gəlin və bəyi təbrik edirik. Bütün günlərdən fərqli bir gün. Sevincimizi bizimlə bölüşən hər kəsə təşəkkür edirəm" sözlərini yazıb.
Qeyd edək ki, 25 yaşlı şahzadə İman yunanəsilli maliyyəçi Cəmil Aleksandr Termiotislə ailə qurub. Cəmil Nyu-Yorkda çalışır. Bəyin 27 yaşı var. Cütlüyün xına mərasimi bir neçə gün əvvəl baş tutmuşdu.
Xatırladaq ki, İordaniya Kralı II Abdullah ibn Al Hüseynin oğlu şahzadə Hüseyn də ötən ilin yayında Səudiyyə Ərəbistanından olan Rayva adlı memarla nişanlanıb.