Rihanna bir gecədə 3 fərqli obrazda - Fotolar

Rihanna bir gecədə 3 fərqli obrazda - Fotolar
1666 dəfə oxunub
  • A-
  • A
  • A+

Keçən gecə Los-Ancelesdə baş tutan “Oskar” mükafatının təqdimetmə mərasimində ən çox gözlənilən anlardan biri müğənni Rihannanın çıxışı olub.

Axşam.az xəbər verir ki, gecədə müğənni karyerasında 6 illik aradan sonra təqdim etdiyi mahnını oxuyub. O, səhnədə "Qara Pantera" rolunu canlandıran aktyor Çedvik Bouzmanın xatirəsinə həsr etdiyi "Lift me up" ("Black Panther: Wakanda Forever" filminin saundtreki) mahnısını səsləndirib.

Bəstə "Ən yaxşı orijinal musiqi" nominasiyasında namizəd olsa da, seçilməyib.

Gecədə diqqət çəkən məqamlardan biri Rihannanın 3 fərqli geyimdə obyektivlərə tuş gəlməsi olub. İkinci övladına hamilə olan müğənni mərasimə nişanlısı, reper Eysap Roki ilə qatılıb.

Qeyd edək ki, cütlüyün ötən ilin mayında oğlu dünyaya gəlib.