Türkiyəli aktyor Ayhan Taş ötən gün Cihangirdəki məkanda bir xanımla görüntülənib.
Axşam.az xəbər verir ki, paparatsilərin onları çəkdiyinin fərqinə varan aktyor həyəcanlanıb. İddia edilib ki, o, müxbirlərə fotoları yayımlamamaları müqabilində pul təklif edib. Kimliyi hələ bəlli olmayan xanım isə söhbətə qarışaraq içki içdiyi yerdə görüntülənməsinin ailəsi ilə arasında problem yaranacağını deyib.
Qeyd edək ki, Ayhan Esin Taşla evlidir. Onlar bir dəfə boşansa da, yenidən münasibətlərini rəsmiləşdiriblər.
Aktyor sonuncu dəfə "Baba parası" filmində rol alıb.