"Elçilik" adlı yeni filmin qala gecəsi baş tutub.
Axşam.az xəbər verir ki, filmdə Azərbaycanda "Təhminə" rolu ilə tanınan Meral Konrat, aparıcılar Elgiz Əkbər və Pərvanə Tahirqızı, müğənnilər Xatun Əliyeva və Barış Kömürcüoğlu, aktyorlar Teymur Məmmədov, Firüzə Balayeva və Niftulla Əsgərov rol alıb.
Ekran işinin ideya müəllifi Toğrul Hüseynli, quruluşçu rejissoru İlham Yaşaroğlu, ssenari müəllifi Əcəmi Əsədulladır.
Təqdimat mərasimində ekran işinin yaradıcı heyəti ilə yanaşı sənət aləminin tanınmış simaları da yer alıblar.
Film türk ailənin, azərbaycanlı ailəyə elçi gəlməsi ilə başlayır. Bu ailələr bir-birini sosial şəbəkə üzərindən tanıyıb. Ailələr özlərini bir-birinə varlı kimi təqdim edib, bir-birinin sərvətinə ortaq olmaq üçün övladlarını evləndimək qərarına gəlirlər. Hadisələr də bundan sonra başlayır.