Supermodel Naomi Kempbell sonuncu sosial media paylaşımları ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, 52 yaşlı model "Oskar"la bağlı gecədən olan şəkillərində fotoşopdan istifadə edib. Orijinal fotolarla müqayisədə Naominin dərisinin hamar, üzünün arıq, burnunun balaca, belinin isə daha incə olduğu izləyicilərin diqqətini çəkib. Bu səbəbdən o, şərhlərdə tənqid atəşinə tuş gəlib.
Qeyd edək ki, 50 yaşında qızı dünyaya gələn model onun atasının kimliyini gizli saxlayır.