Qızının çəkdiyi rəsm Parisdə sərgilənəcək - Fotolar

Qızının çəkdiyi rəsm Parisdə sərgilənəcək - Fotolar
6445 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar jurnalist, "ASAN Radio"nun direktoru Emin Musavi qızı ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, aparıcı 8 yaşlı övladı Zemfira Musavinin çəkdiyi rəsmin müsabiqədə qalib olduğunu bildirib:

"Zemfiranın "Novruz" əsəri Parisdə UNESCO və Toğrul Nərimanbəyov assosiasiyasının təşkil etdiyi müsabiqədə 2- ci yeri qazanıb. Xüsusi təşəkkür beynəlxalq münsiflər heyətinə, Əsmər Nərimanbəyovaya və Marqarita xanıma. Beləliklə, xüsusi diplomla təltif edilmiş Zemfiranın işi Parisdə rəsm qalereyasında sərgilənəcək".