Oqtay Əliyevlə vida mərasimi keçirilir - Fotolar+Yenilənir

Oqtay Əliyevlə vida mərasimi keçirilir - Fotolar+Yenilənir
12954 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, ötən gün Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev avtomobil qəzasında dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, hazırda mərhumla Yasamaldakı evində vida mərasimi keçirilir. Yaxınları, sənət adamları onunla vidalaşmaq üçün evinə toplaşıblar.

Xatırladaq ki, qəza zamanı avtomobildə O.Əliyevin həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də olub. 

Qeyd edək ki, Oqtay Əliyev Mehdiabadda babasının yanında dəfn ediləcək.

Foto: İlqam Cəbiyev