"Oqtaygil çəkilişdən gəlirmiş" - Fotolar+Yenilənir

"Oqtaygil çəkilişdən gəlirmiş" - Fotolar+Yenilənir
21886 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, ötən gün avtomobil qəzasında dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə Yasamaldakı evində vida mərasimi keçirilir.

Axşam.az xəbər verir ki, vida mərasiminə mərhumun yaxınları və sənət adamları qatılıb.

Mərasimdə iştirak edənlərdən biri də müğənni Aysel Əlizadə olub. O, "Dünəndən sənət adamları ilə bir-birimizə yazırıq ki, necə oldu? Çox ağır xəbərdir. İnan bilmirik. Allah Dilarə xanıma səbir versin" deyə, bildirib.

***

Aktirisa Sonaxanım Əliyevanın sözlərin görə, qəza baş verən gün Oqtay Əliyev, xanımı Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki Novruz bayramı ilə bağlı çəkilişdən gəlirmiş:

“Heç birimiz qəbullana bilmirik. Dilarə hələ də şokdadır".

Sonaxanım Dilarə Əliyevanın qəzada yüngül xəsarətlər aldığını deyib.

***

Xalq artisti Murad Dadaşov isə Oqtay Əliyevlə bağlı bu fikirləri səsləndirib:

"Çox sarsıldım. İllərin dostu bir saniyə içində getdi. Ölüm haqdır. Çox ağırdır, çətindir. Doğmalarına səbir diləyirəm. Hamımızın doğması idi. Elə bir layihə yox idi ki, dəstək yazmasın. Zərrə qədər paxıllığı yox idi. Hamının uğuruna sevinirdi. Ölüm çox ucuzlaşdı".

***

Əməkdar artist Elza Seyidcahan da O.Əliyevlə bağlı xatirələrini bölüşüb:

"Allah onun məkanını cənnət etsin. Böyük itkidir. İncəsənətə ailəlikcə yenilik gətirən idilər. Eşidən kimi Sumqayıta getdik. Həkimlər icazə vermirdilır. Mehriban xanım zədə alıb. Oqtay quş kimi uçdu getdi. Onunla sonuncu dəfə qala gecəsində görüşmüşdük. Dedi, bir layihə edək. Hamının çətin günündə yanında olurdu. Mənə də maddi-çənəvi dəstək verib".

***

Müğənni Manaf Ağayev “Sonuncu dəfə Tünzalə Əliyevanın yasında söhbət etdik. Üstündən 58 gün keçib. Çox danışdıq, ölümdən bəhs etdi. Elə bil bilirdi ölümünü” sözlərini deyib.

Aparıcı Rövşanə Ağəsəfqızı onunla elə həmin gün qəzadan öncə liftdə qarşılaşdığını deyib:

"Bu binaya köçən ilk gündən onlarla qonşu olmuşuq. Mənim üçün çox böyük itkidir. Səhər bir yerdə liftlə söhbət edə-edə aşağıya düşmüşük. Sonra marketdə mənə zəng gəldi ki, "Bəs bilirsiniz? Oqtay müəllim rəhmətə gedib". Aldıqlarım əlimdən düşdü yerə. Necə qaçıb gəlmişəm həyəcanla. Çox təəssüf edirəm". 

***

Əməkdar artist Çingiz Əhmədov "Sürücüsü var idi, amma necə olubsa, o gün özü sürmək istəyib, alın yazısı" deyə, məsələni şərh edib.

***
Müğənni Murad Arif isə Oqtay Əliyevi belə xatırlayır:

"Mənim üçün şəxsi itkidir. Oqtay o qədər teatr işçilərini layihələrinə cəlb edirdi ki, tanıyın. Bir istedad görən kimi televiziya rəhbərlərinə deyirdi verilişə çağırın. Qəlbində elə bir Azərbaycan mədəniyyətinə olan sevgi daşıyırdı...".

***

Müğənni Xatun Əliyeva isə bununla bağlı sosial medi hesabında paylaşım edib:

"Hadisədən 1 saat qabaq Dilarəmlə danışdıq, əhvalı çox gözəl idi. Sonra bu müsibəti eşidəndə inanın Allaha ki, qanım dondu, bilmədim edim. İnsan oğlu o qədər acizdir bu ani ölümlərin, nakam gedənlərin, xəstəliklərin qarşısında. Nə deyim, bu həyat o qədər amansızdır ki, bilmirsən nə edesən. Gözəl bacım, çox çətin olacaq. Nunu əzizini itirən bir adam kimi bilirəm. Amma sən vaxtında mənə verdiyin təskinlikləri, dəstəyi, yaxşılıqları, dayağı həm mənəvi, həm də maddi dəstəyi çalışacağam ki, mən də sənin yanında, qulluğunda olum. 1 il insan dəli kimi olur, elə bilirsən qayıdacaq, nəsə möcüzə olacaq, nəsə gözləyirsən. Heç sonra görürsən ki, yox gedən gedib sən də onsuz qalmısan. Sonra üsyan etmədən qəbul edirsn, yavaş-yavaş başına gələn bu amansız faciəni. Allahın verdiyi ömrü yaşamalısan, davam etmelisən! Başqa çarəmiz yoxdur. Allah sənə, ailənizə sebir və güc versin".

Qeyd edək ki, Oqtay Əliyev ötən gün avtomobil qəzasında həlak olub. O, bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Foto: İlqam Cəbiyev