Müğənni Günay İbrahimli yeni klipini təqdim edib.
Axşam.az xəbər verir ki, sənətçi sözləri və musiqisi Cəmil Məmmədiyə məxsus "Səni sevirəm" adlı mahnısını ekranlaşdırıb. Klipin rejissorluğu İsmayıl İsmayılova həvalə edilib.
Günay bildirib ki, çəkilişlər bir gün baş tutub. O, klipdə 1980-1990-cı illərdəki ab-havanı yaratdıqlarını vurğulayıb.