Məşhur mahnını bu dəfə Vasif Məhərrəmli oxudu

Məşhur mahnını bu dəfə Vasif Məhərrəmli oxudu
3319 dəfə oxunub
  • A-
  • A
  • A+

"Xalq Heydər söyləyəcək" adlı məşhur mahnını bu dəfə Əməkdar artist Vasif Məhərrəmli oxuyub. 

Axşam.az xəbər verir ki, müğənni bəstəyə klip də çəkdirib. Ekran işinin çəkilişini Azərbaycan Dövlət Televiziyası edib. 

Bəstənin sözləri Baba Vəziroğlu, musiqisi isə Kamala məxsusdur. 

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən klipdə Ümummilli liderin görüntülərindən də istifadə olunub. 

Qeyd edək ki, mahnı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 75 illik yubileyi münasibətilə 1998-ci il 10 may tarixində təqdim olunmuşdur.