"Ailə" serialının çəkilişləri zamanı bədbəxt hadisə baş verib.
Axşam.az xəbər verir ki, bu barədə məlumatı isə "Ay yapım" şirkəti verib.
"Serialımızın 11-ci seriyasının final səhnəsinin çəkilişi zamanı məyusedici hadisə yaşanıb. Bəzi işçi dostlarımızın yaralanmasına səbəb olan bu hadisənin yaşanmasıyla bağlı araşdırma aparılır. Bütün işçi dostlarımıza keçmiş olsun diləklərimizi çatdırırıq" deyə, sosial şəbəkədə paylaşım edilib.
Məzarlıqda çəkilən partlama səhnəsində aktrisa İpək Çiçək də yaralanıb, xəsarət alanlar xəstəxanaya aparılıb.
Qeyd edək ki, serialın baş rollarını Serenay Sarıkayayla Kivanç Tatlıtuğ canlandırır.