Alsu vergidən yayınmaqda şübhəli bilinir

Alsu vergidən yayınmaqda şübhəli bilinir
535 dəfə oxunub
  • A-
  • A
  • A+

Alsu kimi tanınan rusiyalı müğənni Alsou Ralifovna Abramova vergidən yayınmaqda şübhəli bilinir.

Axşam.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki ölkənin Federal Vergi Xidməti müğənniyə məxsus və 2022-ci ildən bəri fəaliyyətsiz olan "Exclusive Art MMC" konsert agentliyini araşdırır. Yoxlamalar səbəbindən şirkətin hesabları bloklanıb.

Nəşrin məlumatına görə, bundan başqa, müğənninin Kreml sarayında bir neçə çıxışı nəzərdə tutulub. 

Qeyd edək ki, Alsu Rusiyanı “Avroviziya 2020” beynəlxalq mahnı müsabiqəsində təmsil edib və ikinci yeri tutub. O, həm də Rusiya Federal Məclisinin Federasiya Şurasında Altay Respublikası hökumətinin qanunverici orqanının nümayəndəsi Ralif Safinin qızıdır. Bir neçə il əvvəl onun sərvəti 500 milyon dollar qiymətləndirilirdi.

Müğənni eyni zamanda iş adamı Yan Abramovla evlidir. Onların üç övladı var.

2020-ci ildə Alsu ölkədə keçirilən "Səs" uşaq mahnı müsabiqəsində qızı üçün səsləri pul müqabilində almaqda günahlandırılıb.

Onu da qeyd edək ki, Rusiyanın Daxili İşlər Nazirliyinin tərtib etdiyi “qara siyahı”da Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov və Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən gimnast Samirə Mustafayevanın da adları var. Siyahıda adları olan şəxslərin vergidən yayınma və çirkli pulların yuyulmasında iştirakı olub-olmadığı yoxlanılacaq.