65 yaşlı Hollivud ulduzu Dolf Lundqren xərçəng xəstəliyindən əziyyət çəkir.
Axşam.az xəbər verir ki, bu barədə "Rokki 4" filminin ulduzu ilk dəfə yutubda yayımlanan verilişlərin birində danışıb. Aktyor ona 2015-ci ildə böyrək xərçəngi diaqnozu qoyulduğunu bildirib:
"Həkimlər böyrəyimdə şiş tapdılar. Onu çıxardıqdan sonra bədxassəli olduğu üzə çıxdı. Sonra mütəmadi olaraq müayinələrə başladım. Görülən tədbirlərə baxmayaraq, xərçəng 2020-ci ildə geri qayıtdı. Bu dəfə həkimlər böyrəyimdə və qaraciyərimdə 6 metastaz aşkarladılar. Şiş çox böyük olduğu üçün əməliyyat oluna bilmədim. Kimyaterapiyaya başladım. Həkim 2-3 il ömrümün qaldığını söylədi. Vəziyyətim pisləşməyə davam edərkən təslim olmadım və üç ay ərzində şiş 20-30 faizə qədər azaldı. Daha sonra əməliyyat olundum".