Afflekin CeyLoya etdiyi kobudluq diqqət çəkdi - Video

Afflekin CeyLoya etdiyi kobudluq diqqət çəkdi - Video
1652 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya ulduzu Cennifer Lopezlə aktyor həyat yoldaşı Ben Afflektin münasibətlərində problem olduğunu əks etdirən yeni görüntülər yayılıb. 

Axşam.az xəbər verir ki, videoda CeyLo ilə Afflek qəhvə içmək üçün dayandıqdan sonra maşına doğru gediblər. Paparassilərin onları izlədiyini görən aktyor, xanımı üçün maşının qapısını açsa da, əsəbi halda onu çırparaq bağlayıb.

Görüntü sosial media seqmentində yayılaraq müzakirələrə səbəb olub. Bəzi izləyicilər Affleki hərəkətinə görə qınayıblar. Bəziləri isə davamlı olaraq təqiblərə məruz qaldığı üçün bezmiş və əsəbi olduğunu bildiriblər. 

İddialar arasında cütlüyün münasibətlərində problemlərin olması da yer alıb. Belə ki, ötən günlərdə baş tutan “Ana” filminin qala gecəsində ikilinin arasında gərginlik yaşanmışdı. Sonda öpüşərək kameralara poz versələr də, izləyicilər onların səmimiyyətinə inanmamağa başlayıb.