Ukrayna Prezidenti Volodimir Zelenskinin "Avroviziya-2023" beynəlxalq mahnı müsabiqəsinin finalında videobağlantı ilə qoşularaq müraciət etmək istəyi geri çevrilib.
Axşam.az xəbər verir ki, bu barədə Avropa Yayım İttifaqının (AYİ) yaydığı bəyanatında qeyd olunub.
Bildirilib ki, sözügedən müsabiqə beynəlxalq əyləncə şousudur və yarandığı gündən müəyyən edilmiş ciddi qayda və prinsipləri var. Əsas prinsiplərdən biri də tədbirin qeyri-siyasi xarakter daşımasıdır. Bu prinsip müsabiqə çərçivəsində siyasi və ya oxşar bəyanatlar yaymağı qadağan edir:
"Cənab Zelenskinin çıxış etməklə bağlı müraciəti xoşniyyətli olsa da, təəssüf ki, AYİ-nin idarəçiliyi tərəfindən buna icazə verilə bilməz, çünki bu tədbirin qaydalarına ziddir".
Qeyd edək ki, yarışmada Azərbaycanı Tural və Turan Bağmanov qardaşları təmsil edirdi. Onlar "Tell me more" mahnısı ilə birinci yarımfinalda 12-ci nömrə altında səhnəyə çıxıb. Əkizlərə finala vəsiqə qazana bilməyib.
Müsabiqənin finalı mayın 13-də keçiriləcək.