Onun da "xarici agent" kimi tanınması tələb olunur

Onun da "xarici agent" kimi tanınması tələb olunur
486 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Baş Prokurorluğuna "Bi-2" qrupunun solisti Levanın (əsl adı - Yeqor Bortnik) "xarici agent" kimi tanınması ilə bağlı müraciət daxil olub.

Axşam.az xəbər verir ki, bu barədə "RT in Russian" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, müvafiq müraciət ölkənin Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin rəhbəri Vitali Borodin tərəfindən edilib. Buna səbəb ifaçının ölkənin Qələbə Günü və Rusiya vətəndaşları ilə bağlı kəskin açıqlamaları olub.

Qeyd edək ki, Bortnik sosial media hesabında Rusiyada yeni konsertləri olub-olmayacağı ilə bağlı verilən suala bir daha oraya qayıtmayacağı cavabını verib. O, hətta Qələbə Günü münasibətilə təbrik yazılan şərhlərdən birində rusları "heyvanlar"la müqayisə edib.

Onu da qeyd edək ki, müğənni Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra oranı tərk edərək İsrailə köçüb.