Fərid Cəfərov nazir müavini təyin edildi

Fərid Cəfərov nazir müavini təyin edildi
2444 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın mədəniyyət nazirinə yeni müavin təyin edilib.

Axşam.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu posta Fərid Cəfərov təyin olunub.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində təhsil alan Fərid Cəfərov bu təyinata qədər Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru olub.

Eyni zamanda Heydər Əliyev Fondunda çalışıb, Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr departamentinin direktoru olub.