Daha bir nəfər adını "Ginnesin Rekordlar Kitabı"na yazdırmağı bacarıb.
Axşam.az xəbər verir ki, nigeriyalı aşpaz Hilda Effiong Bessi 100 saat ərzində fasiləsiz yemək bişirib. O, bu müddət ərzində Nigeriya mətbəxinə məxsus 100-dən çox yemək hazırlamağı bacarıb.
Qeyd edək ki, əvvəlki rekord 2019-cu ildə hindistanlı aşpaz Lata Thondona məxsusdur. O, 87 saat 45 dəqiqə müddətində yemək bişirmişdi.
