"Adım Farah" serialında rol alan aktrisa Demet Özdəmirin yeni eşqə yelkən açdığı iddia olunur.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın iş adamı Umut Evirgenlə sevgili olduğu deyilir.
Cütlük ortaq dostlarının doğum günündə yaxınlaşıb. Onlar sosial şəbəkədə də biri-birini izləməyə başlayıb.
Qeyd edək ki, Özdəmir qısa müddət öncə müğənni Oğuzhan Koçdan boşanıb.