Əməkdar artist Abbas Bağırov yeni ildə pərəstişkarlarına çoxlu sürprizlər vəd edib.
Axşam.az-ın müxbirilə söhbətində sənətçi 2013-cü ildə həyata keçirəcəyi planlarından danışıb:
“Yeni ildə sözləri Anar Məmmədova, musiqisi mənə aid olan “Sev məni” adlı mahnıya klip çəkdirəcəyəm. Əcnəbi bir bəstəkarla işbirliyinə başlamışıq. Ondan gözəl mahnılar alacağam. Bu günə kimi heç yerdə səsləndirmədiyim 13 yeni mahnımdan ibarət diskim işıq üzü görəcək . Burada Anar Məmmədovun, Nazim Məmmədovun bəstələri də var”.